Rusiyadan iki ölkəyə NÜVƏ TƏHDİDİ: Xəritədən silərik...


Rusiya prezidenti Putinin göstərişi ilə dünən başlanan nüvə təliminə görə dünya təhlükə qarşısındadır. Moskva rəhbərliyinin Qərbə yönəlmiş qorxuducu hərəkətindən sonra açıqlamalar verən polkovnik İqor Korotçenko Rusiyanın hədəf aldığı iki ölkənin ABŞ və İngiltərə olduğunu və bu ölkələrin nüvə hücumu ilə xəritədən silinəcəyini bildirib.

Turkustan.azxəbər verir ki, Rusiya ABŞ-a nüvə xəbərdarlığından bir neçə saat sonra düyməni basıb. Dünyanı ayağa qaldıran bəyanat bütün dünyanı strateji nüvə təlimi ilə təhdid edən Rusiyadan gəldi. İngilis Daily Mail qəzetində yer alan xəbərə görə, Rusiya rəsmisi Rusiyanın hədəfində olan iki ölkəni açıqlayıb. Polkovnik İqor Korotçenko deyir ki, nüvə müharibəsi Britaniya və ABŞ-ı xəritədən siləcək.

Rusiya dövlət mediasına danışan rus polkovnik bu ifadələri işlədib: "Rusiyaya ilk nüvə hücumunu kim edə bilər? ABŞ və İngiltərə. Makronun bu macəraya qatılacaq biri olub-olmadığını bilmirəm. Çox vacib idi. Biz əsl düşmənlərimizin kim olduğunu və onları nələrin gözlədiyini göstərəcəyik".

"Əgər bu təlim deyil, real missiya olsaydı, Britaniya Atlantik okeanının altında qalardı və ABŞ-ın əvəzinə İosif Stalinin adına yeni dəniz boğazı olardı", - Korotçenko bildirib.

Rus polkovnik sözünü belə davam etdirdi; "Mesaj göndərildi. Bu, onları oyatmalı və beyinlərini təmizləməlidir. Bu, nüvə şantajı deyil. Biz güllələnsək, həqiqətən də bunu edəcəyik".

PUTİNDƏN DÜNYAYA AÇIQ MESAJ: RİSK Həddindən artıq yüksəkdir

Kremlin dünən verdiyi açıqlamada, "Vladimir Putinin rəhbərliyi altında quru, dəniz və havadan strateji çəkindirici qüvvələrin, ballistik və qanadlı raketlərin atışlarının həyata keçirildiyi təlim keçirilib." Rusiya dövlət televiziyası bildirib. Putinin nəzarət otağından təlimləri izlədiyi anları da gətirdi.Eyni açıqlamada, "Strateji çəkindirici qüvvələrin təlimi zamanı nəzərdə tutulan missiyalar tamamilə tamamlandı. Bütün raketlər hədəflərinə çatdı".

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ