Qorxudan xəstəlik: Göyərçinlər zombiyə çevrilir - FOTOLAR


İngiltərədə göyərçinlər arasında yayılan müəmmalı xəstəlik ictimaiyyətdə çaxnaşma yaradıb. Xəstə göyərçinlərin boyunlarının əyildiyi və heyvanların davamlı olaraq öz ətrafında dairələr çəkdiyi müşahidə edilib.

İngiltərədə göyərçinlər arasında yayılan müəmmalı xəstəlik ictimaiyyətdə çaxnaşma yaradıb. Xəstə göyərçinlərin boyunlarının əyildiyi və heyvanların davamlı olaraq öz ətrafında dairələr çəkdiyi müşahidə edilib.

Xəstə heyvanların hamısının boyunları "zombi kimi" əyilmişdi, quşlar dayana bilmirdilər, sadəcə durduqları yerdə boyunlarını çevrilirdilər.

JSPCA Heyvan Mühafizəsi Dərnəyi göyərçinlərin fotoşəkilləri ilə birlikdə xəbərdarlıq edərək, xəstəliyin göyərçinləri və quşları təsir edən viral bir xəstəlik olduğunu ifadə edərək, "Son bir neçə həftədə heyvanların sayında ciddi artım var. Göyərçinlər sığınacağımıza boyun əyilmə, dayana bilməmə kimi nevroloji əlamətlərlə gəlir".

XƏSTƏ HEYVANLAR ÜMUMİYYƏTDƏ ZƏİFDİR

JSPCA rəsmiləri virusdan təsirlənən quşların tez-tez zəif və yaşıl nəcis olduğunu vurğulayaraq, xəstə heyvanların tarazlıq tuta bilməməsi və ya yaxşı uça bilməməsi səbəbindən ciddi xəsarətlər aldığını qeyd edib.

XƏSTƏLİK İNSANLARA KEÇİR?

Koronavirus, meymun çiçəyi kimi epidemik xəstəliklər səbəbiylə çətin günlər keçirən insanlar yeni bir epidemiya qorxusu ilə göyərçinlərdə olan virusun insanlara keçmə ehtimalını araşdırmağa başlayıblar.

"The Sun" qəzetinin söhbət etdiyi baytarlar, sözügedən xəstəliyin insanlara keçmədiyini, ancaq xəstə quşlarla təmasda olan insanların ictimaiyyət arasında "qırmızı göz" olaraq da bilinən konjonktivitə tutula biləcəyini vurğuladılar.

Konyunktivit gözün ağlarını və göz qapaqlarının içini əhatə edən şəffaf toxumanın iltihabıdır. Bu, gözdə qana səbəb olur.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ