Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı bəyanat yaydı


AZƏRBAYCAN Milli HƏRƏKATIN, İran rejiminə qarşı çağırışları ilə bağlı bəyanatı Azərbaycan Milli Hərəkatı bununla açıq və şəffaf şəkildə bəyan edir:

Bu həssas və tarixi vəziyyətdə Azərbaycan Milli Hərəkatı yerli və xarici fəalların fikir birliyinlə çağırışlara tam dəstək verdiyini bəyan edərək və bütün təbəqələrin tətillərə və aksiyalara dəvət edilmə silə birlikdə, İranda yerləşən digər məzlum xalqlarla həmrəylik elan edərək aşağıdakı məsələlərə dair mövqeyini bildirir və bu tələbləri uyğunlanmasına dayir dəvət edir.

1- Toplantıların başlama vaxtı təkcə gecəyə gedən saatlar və ya axşam 17 və 18-i olmasın. Əksinə, günorta saat 11-dən başlayaraq, toplanışlara kifayət qədər vaxtımız olsun.

- Axşam saatları ofislər və iş mərkəzlərin, iş vaxtından kənarda olduğu üçün günün izdihamından və avtomobil hərəkətindən bəhrələn məməsinə səbəb olur və nəticədə repressiya qüvvələrinin manevrini məhdudlaşdırmak olmur. Şəxsi geyimdə olan muzdlular və repressiya qüvvələrisə bu çox sadə məsələdən maksimum yararlanır və toplanışları çox saylı həbslər və cəmiyyəti dağıtmaqla hər hansı toplanışın qarşısını alırlar.

- Qaranlıq saat olduğuna görə toplantının və həmçinin şəxsi geyimdə olan muzdluları və repressiya qüvvələri müəyyənləşdirmək və foto larını çəkmək çox çətin, hətta mümkünsüz olur. - Xüsusi təyinatlıların və repressiya dəstələrinin istirahəti üçün kifayət qədər vaxt nəzərdə tutulub və hətta axşam saatlarında nisbi hazırlıq elan edərək meydanı asanlıqla nəzarətə götürürlər. - Qaranlıq saatlar repressiya gücünün daha şiddətli olmasına imkan verir.

- Etirazlıların mövcudluğunun zamanının uzadılması və küçələrin əldə tutulması ehtimalını minimuma endirir.

- Toplantıya dəstək olmaq və başqa yerlərə köçürmək üçün şəhər sakinləri arasında ünsiyyətimiz çox zəifləyir və ya praktiki olaraq mümkün deyil.

2- Mövcud vəziyyətə görə, xüsusi hallar istisna olmaqla, çağırışların konkret tarixi və günü tayın olunmasın. Vətənimiz Azərbaycanı müdafiə etmək üçün hər an fürsətdən istifadə etməliyik və hər gün meydanlarda olmalıyıq.

3- Toplaş manin meydanları və konkret ünvanları(Adresləri) öncədə müəyyən olunmasın. Kiçik şəhərlərdə, əsas meydanlara yaxın məhəllə və küçələrdə, böyük şəhərlərdə isə bütün məhəllə və küçələr ki şəhər mərkəzinə yaxındılar təyin olunur.

- Bu üsul repressiya qruplarının konsentrasiyasını məhv edir və döyüşçülər öz müdafiələrində daha çox hərəkət azadlığına malik olacaqlar.

4- Azərbaycan milli hərəkatının şüarları Azərbaycan türk millətinin layiq olduğu hürriyyət və ədalətə qovuşmaq üçün dür, həmçinin ağır və uzun sürən mübarizəmizin ruhuna söykənir, ağlımızın və qəlbimizin istəyinə əsaslanır. Odur ki, bu zəngin və mənalı şüarları türkcə istifadə edib hayqıraraq ədalətin və haqqın səsini dünyanın qulağına çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Azadlıq Verilmir, Alınır.

"Azadlıq, Ədalət, Milli Hökumət" 23 oktyabr 2022 – Təbr


MANŞET XƏBƏRLƏRİ