İrandan ikibaşlı bəyanat: "Təlimlər qonşu dövlətə qarşı yönəlməyib" desə də...


"Araz çayı yaxınlığında keçirilən son təlimlərlə bağlı Azərbaycan rəsmiləri məlumatlandırılmışdı".

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

"İranın siyasi və hərbi rəsmiləri son hərbi təlimlər haqqında danışıb və onun məqsədlərini açıqlayıblar. Təlimlər əvvəlcədən planlaşdırılıb və İran Silahlı Qüvvələrinin periodik təlimləri əsasında həyata keçirilir. Təlimlər əslində heç bir qonşu dövlətə qarşı yönəlməyib, qonşularla münasibətlərin inkişafı bizim üçün prioritetdir", - Nasir Kənani bildirib.

O qeyd edib ki, ortaq sərhədlərin təhlükəsizliyi İran İslam Respublikası üçün strateji seçimdir: "Bu baxımdan İran təlimlərinin mesajını almalı olanlar, başqa sözlə desək, bu təlimlərin birbaşa auditoriyası olanlar təbii ki, mesajı aldılar və alacaqlar".

O vurğulayıb ki, İran və Azərbaycan hökuməti arasında dostluq münasibətləri var: "Təlimlə bağlı iki ölkə arasında mövcud kanallar vasitəsilə Azərbaycan hökumətinin səlahiyyətli orqanlarına məlumatlar verilib. İki ölkənin hərbi sahədə əlaqələri çox yaxşı, konstruktiv və gələcəyə hesablanıb".

XİN rəsmisi qeyd edib ki, İran regional beynəlxalq sərhədlərin dəyişməməsinə, regionun geosiyasətinin sabitliyinə təkid edir.

APA


MANŞET XƏBƏRLƏRİ