Türkiyə, Azərbaycan və Pakistan AKINCI operatorları məzun olub


"Baykar" tərəfindən Bayraktar AKINCI Operatorluğu üzrə təhsili alan türk, azərbaycanlı və pakistanlı kursantlar təhsillərini uğurla başa vuraraq məzun olublar.

Bu barədəTurkustan.az-a "BAYKAR Technology" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şirkətdən bildirilib ki, 110 nəfər kursant məzun olub.

"AKINCI 6-cı Təlim Dövrü çərçivəsində "Bayraktar AKINCI" Hücum Pilotsuz Uçuş Aparatını Türkiyə, Azərbaycan və Pakistan təhlükəsizlik güclərində istifadə etmək; Pilot, Faydalı Yük Operatoru, Mexanik/Mühərrik Texniki, Elektron/Yer İdarəetmə Stansiyasının Operatoru və Silah Operatoru vəzifələrində çalışacaq ümumilikdə 110 kursant təlimlərini uğurla başa vurub".

Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində məzuniyyət mərasimi də təşkil edilib. Mmərasiə qatılan Baykar İdarə heyəti Başçısı və Texnologiya Lideri Səlcuq Bayraktar mərasimdəki çıxışında üç cəmiyyətin güclü mənəvi bağı və qardaşlığından bəhs edib. O, yerinə yetiriləcək vəzifələrdə əxlaqa, ədalətə və düz yoldan dönməməyə önəm verilməsinin vacibliyini vurğulayıb. Azərbaycanın Yürkiyədəki səfiri Rəşad Məmmədov kursu birinciliklə bitirən azərbaycanlı tələbələrə diplom və hədiyyələr təqdim edib.

Qeyd edək ki, AKINCI təhsili hələ də davam edir.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ