Rüstəm Behrudinin şeiri qalmaqal yaratdı - "Allahın niyə izi-tozu yoxdu?"


Tanınmış şair Rüstəm Behrudinin Allahı inkar edən şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Şairi dəstəkləyənlər olsa da, o daha çox tənqid olunub.

Həmin şeiri təqdim edirik:

Görən, niyə susub Allah,

Yerə təzə sözü yoxdu?

14 əsr keçib getdi,

Təzə kitab, yazı yoxdu?

"Məni tanı" deyə-deyə,

Hökm eləyir yerə, göyə,

Bəndəsinə görünməyə,

Nədən, niyə üzü yoxdu?!

Vədə verib, sabah deyir,

Savab deyir, günah deyir.

Cümlə-aləm "Allah" deyir,

Hanı? İzi-tozu yoxdu.

Qeyd: Şeiri ilk olaraq tanınmış jurnalist Cavid İsmayıl özünün feysbuk səhifəsində paylaşıb.


MANŞET XƏBƏRLƏRİ