Sülhməramlılara şəhid statusu verilsin! - TƏKLİF


Milli Məclisdə şəhid ailələri və qazilərin problemləri ilə bağlı dinləmələrin və xüsusi iclasın keçirilməsi təklif edilib.

Turkustan.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vahid Əhmədov çıxış edib. O qeyd edib ki, şəhid ailələri və qazilərlə əlaqədar problemlər, veteran statusunun verilməsi istiqamətində əngəllər aradan qaldırılmalıdır:

"Rayonda görüşlər keçirərkən iki qazinin müraciətini dinlədim. Nə veteran adı ala bilirlər, nə şikayətlərinə baxılır. Müraciət edən başqa bir xanımın oğlu şəhid olub. Əfqanıstanda və İraqda vuruşub, İraqda şəhid olub. Mənə məktub ünvanlayıb. 14 ildir, hərbçimiz şəhid olub, ona şəhid statusu verilmir. Bizim sülhməramlılar başqa ölkələrdə vuruşanda şəhid olurlarsa, onlara şəhid statusu verilməlidir". (modern.az)


MANŞET XƏBƏRLƏRİ