Azay Quliyev seçiciləri ilə görüşüb - FOTOLAR


Milli məclisin deputatı Azay Quliyev oktyabrın 12-də Binəqədi rayonu, 6-cı mikrorayon, S.Məmmədova küçəsi, 207,209, İ.Həşimov küçəsi, 6a, 8 və Ü.Hacıbəyov küçəsi, 2a, 4, 6 saylı binaların həyətində seçicilərimlə növbəti dəfə görüş keçirib.

Görüşdə millət vəkili seçiciləri narahat edən problemlərlə ətraflı tanış olub və müvafiq qurumların iştirakı ilə qaldırılan məsələlərin bir çoxu yerində həll edilib.

Deputat A.Quliyev görüşdə iştirak edərək seçicilərin üzləşdikləri problemlərin həllinə kömək edən Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminova, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürovaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundova, "Azərsu ASC"-nin Binəqədi rayon idarəsinə və digər aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü çatdırıb.

Bir 7 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər


MANŞET XƏBƏRLƏRİ