Erməni atları niyə davamlı biz tərəfə keçir? - MARAQLI YANAŞMA


Əziz Əlibəyli

Şurnux sakini Darbinyanın 14 atı sərhədi keçib gəlib Azərbaycana.

Bu nəsə mistik bir şeydir, təsəvvür edin ki, hadisəyə qədər Gegarqunik (Göyçə) və Yerasx (Naxçıvanla sərhəd) tərəflərdə də eyni hadisə baş verib.

Durbinyan deyir: "Hamı bilir ki, mənim ən yaxşı atlarım var. Onları mən böyütmüşəm, on il onlara baxmışam. Çox sakit heyvanlar, hətta əlimdən yedilər" dedi.

Amma maraqlı bir detal var, birincisi, bu heyvandır, özü keçib.

İkincisi, türk ilə at tarixdə daim ikilidir və məncə, türklərin bu qədər çox dövlət qurmalarının səbəbləri də elə atlardır.

Atın mistik yaddaşı var, çünki ana təbiətlə təmasda olan həssas heyvan dövlət quran kişilərə tərəf yol alır, yeni fəthlərə, uca zirvələrə doğru dördnala çaparaq, mahmızın dəydiyi anı, qamçı zərbəsini və qantarğa dartışının həyəcanını özləməkdədir.

Atların psixologiyasında musiqiyə bənzər səs -kişi səsi xüsusi yer tutur.

Budur, məsələ...

Bir gün İntiqam Yaşar ilə uzaq Çətindərə səyahətində at altımdan qaçdı, arxa ayaqları qayadan düşdü, özüm isə tərəddüd etdiyimdən atdan atıla bilmədim, ayağım üzəngidə karıxıb qaldım.

Hardasa oxumuşdum ki, elə olan anda heyvanı yalnız səs özünə gəirir, hayqırdım, at bir az dirildi, birtəhər üzərindən düşdüm, qantarğasını bərk-bərk dartdım ki, daha da arxaya getməsin, yenidən üzü dərənin boşluğuna tərəf qalın səslə bağırdım.

At sinəsini qayaya dayayraq qabaq ayaqları hesabına uçurumdan xilas ola bildi.

Dərindən nəfəs alaraq, boynunu qucaqladım, əllərim qana batdı. Çünki at xilas olmaq üçün al çənəsini qayaya dayayaraq güc vermişdi, çənəsinin dərsi parça-parça idi.

Bax belədir, türk və at münasibəti.

Ona görə burda bir mistika axtarıram ki, türkün atlarının arxasınca həmişə Qarabağda bir dəst erməni gedərmiş, atların peyinliyin eşməyə və içərisindən taxıl yığmağa.

O atların missiyası məhz budur, mehtərlərini də gətirmək.

Hə, bir də erməni məişətində heç vaxt "Boz at", "Qırat" və s. olmadı, olmaz daha da.

At belindəki türk deyilsə, yükdür.

No description available.


MANŞET XƏBƏRLƏRİ