Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR


Quraqlıq Qərbi və Şərqi Azərbaycan əyalətlərində ciddi ekoloji fəsadlar yaradıb.

Müstəqil mütəxəssislərlə yanaşı bir sıra İran rəsmiləri də hesab edir ki, ekoloji problemlərin artması yanlış idarəetmənin nəticəsidir.

Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi İdarəsi sədrinin texniki məsələlər üzrə müavini Höccət Cabbari cari ildə quraqlıq, yağışların azalması və gölməçələrin su payının verilməməsi səbəbindən üç gölün quruduğunu bildirib.

Onun sözlərinə görə, Soyuqbulaqda Qopu Babaəli, Qaraqışlaq və Bukanda isə Qaraqışlaq gölməçələri quruyub.

H.Cabbari əyalətdə 14 daimi və 26 fəsli gölməçənin olduğunu qeyd edərək, 6 daimi gölməçənin tutumunun yalnız 45%-nın dolu olduğunu açıqlayıb.

Bununla yanaşı Təbriz yaxınlığında yerləşən Şərqi Azərbaycan əyalətinin məşhur Qurugölünün də böyük hissəsi quruyub.

Açıklama yok.

Bir müddət öncə Şərqi Azərbaycan Regional Su Şirkətinin icraçı direktoru Yusif Qafarzadə problemlə bağlı xəbərdarlıq etmişdi.

"Su qaynaqlarının çatışmazlığı və yağıntının azalması səbəbindən Qurugöldə suyun səviyyəsi aşağı düşüb"-deyə, o, bildirmişdi.

O, iyunun 26-da gölün quruma təhlükəsi ilə üz-üzə qaldığını qeyd edib, ötən ilin iyun ayında Qurugölün sahəsinin 1.37 km olduğunu, cari ildə 1.29 km-ə qədər azaldığını, bunun səbəbinin isə iqlim şəraitinin dəyişməsi və quraqlıqla bağlı olduğunu deyib.

Avqustun 3-də Qurugöldən yayınlanan fotolardan gölün suyunun çox hissəsinin quruduğu bəlli olur. Son görüntülərlə bağlı əlaqədar qurum və məsullardan heç biri açıqlama verməyib.

Qeyd edək ki, 200 hektar sahəsi olan Qurugöl Təbrizin 30 kilometr cənub şərqində, Ocan şəhərinin 15 kilometr qərbində yerləşir.

Gölün suyu yağıntılardan və onun dibində olan bulaqlardan təmin olunur. Son illər müşahidə olunan quraqlıq və yağıntıların azalması Qurugölün suyunun azalmasına səbəb olub.

Qurugöl Ramsar Konvensiyasında qeydə alınmış beynəlxalq əhəmiyyətli göllərdən biridir. Bu göl bir sıra köçəri qorunan və nadir quşların mövsümi köç yeri olduğuna görə milli və beynəlxalq əhəmiyyətə malikdir.

Bir neçə il öncədən gölün qorunması, çevrəsində ovun qadağan edilməsi və yasaqlığa çevrilməsi ilə bağlı məsələ qaldırılıb. Lakin bu günə kimi hər hansı əməli addım atılmayıb.

Xatırladaq ki, İran Beynəlxalq Göllər Konvensiyasının qurucularından biridir. Ümumdünya Göllər Günü isə hər il 2 fevral tarixində keçirilir.
Konvensiyanın təsis sənədi 2 fevral 1971-ci ildə İranın Ramsər şəhərində imzalanıb.

Ölkədə 25 göl qeydiyyata alınıb və Qurugöl onlardan biridir.

Açıklama yok.

Açıklama yok.Açıklama yok.

(gunaz.tv)


MANŞET XƏBƏRLƏRİ