Öldükdən sonra dirilən tibb bacısı: "Allah mənə dedi ki..."


Öldükdən sonra dirilən tibb bacısı Allahla danışdığını iddia edib.

ABŞ-da yaşayan Penni Vittbrodt adlı tibb bacısının hekayəsi sözün əsl mənasında insanları şoka salıb.

Turkustan.az Türkiyə mətbuatına istinadən yazır ki, ABŞ-ın Kentukki ştatında yaşayan 52 yaşlı tibb bacısı Penni Vittbrodtun səhhətində qəfl narahatlıq yaranıb.

Xəstəxanaya çatdırılan Penni xəstəxanaya yerləşdirilib və tənəffüs aparatına qoşulub. İddialara görə qadının həyat funksiyaları bu zaman başa çatsa da, o, sonradan həyata qayıda bilib.

Penni Vittbrodt ilk dəfə öldüyü müddətdə yaşadıqlarından danışıb.

O bildirib ki, ruhu bədənindən ayrıldıqdan sonra parlaq bir işıq görüb və daha sonra nənəsi ilə görüşüb. Penni nənəsinin ona "sakit olmalısan" söyləyib.

Tibb bacısı Penni daha sonra dünyada yaşadığı ağrı-acılara görə Allaha gileylənib və bu zaman gözlənilməz vəziyyətlə üzləşdiyini bildirib. Penni həmçinin qeyibdən gələn səslə də danışdığını iddia edib.

Qadın "ruhum bədənimi tərk etdi və öləndə Allahın səsini eşitdim. Dünyada çəkdiyim ağrılara görə onu gileyləndim. O isə dedi ki, dünyada çəkdiyim ağrıların əvəzinə məni mükafatlandıracaq". /Cebhe.info/


MANŞET XƏBƏRLƏRİ