Rusiyada azərbaycanlılar arasında DAVA: Dünyasını dəyişən var - VİDEO


Elvar Əmiraslanov Moskvadan Sankt-Peterburqa dostlarının toyuna gəlib. O, Vitebsk prospektində yerləşən "Avropa" restoranında digər azərbaycanlı Vüqar Namazəliyevlə mübahisə edib.

Turkustan.az xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, münaqişə davaya çevrilib və bu zaman Elvar "Qroza-01" markalı travmatik tapançadan rəqibinə 5 dəfədən çox atəş açıb.

Valideynlər müstəqil şəkildə Namazəliyevi xəstəxanaya aparsalar da, o, yolda dünyasını dəyişib.

Əmiraslanov saxlanılıb. Faktla bağlı "Qətl" maddəsi ilə cinayət işi başlanıb.

/bizim.media/az/


MANŞET XƏBƏRLƏRİ