Ərdoğan: "Türkiyə təkcə Yunanıstana deyil, istənilən ölkəyə cavab verməyə hazırdır"


Türkiyə təkcə Yunanıstana deyil, onun təhlükəsizliyini təhdid edən istənilən ölkəyə də adekvat cavab verməyə hazırdır.

Turkustan.az "Anadolu"ya istinadla xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan sammitdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində bir çox ölkə Türkiyənin Yunanıstanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atacağını gözləyirdi. Amma indi Yunanıstanla danışacaq heç nə yoxdur.

Prezidentin sözlərinə görə, Türkiyə Avropa İttifaqından Yunanıstanın icma həmrəyliyi bəhanəsi ilə qeyri-qanuni təşəbbüslərini dəstəkləmək əvəzinə onu ikitərəfli dialoqa dəvət etməsini gözləyir.

Eyni zamanda Ərdoğan vurğulayıb ki, Türkiyə təkcə Yunanıstana deyil, onun təhlükəsizliyini təhdid edən istənilən ölkəyə də adekvat cavab verməyə hazırdır.

"Qoy bunu təkcə Yunanıstan eşitməsin. Hansı ölkə bizə hücum etsə də, bir gecə qəfil gələ bilərik. Onlar bunu bilməlidirlər", – Türkiyə Prezidenti xəbərdarlıq edib, /konkret.az/


MANŞET XƏBƏRLƏRİ