Ermənistan ordusunun radarları necə sıradan çıxarıldı? - VİDEO


Vətən müharibəsinin 10-cu günü Azərbaycan ordusunun əməliyyat planları zərgər dəqiqliyi ilə icra olunurdu. Döyüşlərin Füzuli istiqamətində intensivləşdirilməsi hadrut cəbhəsini onlara unutdurmuşdu. Düşmənin radioelektron mübarizə vasitələrinin işləməməsi isə onları əməlli başlı çaşbaş salır. Artıq 10 gündür ki, Ermənistan silahlı qüvvələri müəyyən vaxtlarda cəbhə boyunca müdafiə sistemlərində nəyin baş verdiyini anlaya bilmirdi. Azərbaycan ordusu radioelektron mübarizə vasitələrinin mükəmməl istifadəsi ilə onların bütün cihazlarını sıradan çıxarırdı.

Turkustan.az"Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bütün bu fəaliyyətlər isə imkan verirdi ki,əməliyyatlar itkisiz və məxfi şəkildə icra olunsun. Düşmən hava hücumundan müdafiə vasitələri ilə səmada heç nəyi müşahidə edə bilmir, gələn təyyarələrin, helikopetrlərin bu qədər dərinliyə daxil olub onların radarlarına düşməməsini anlamaqda çətinlik çəkirdilər.
Füzuli cəbhəsində isə döyüşlər davam edirdi. Gecə gündüz artilleriya bölmələrinin fəaliyyəti dayanmadığı kimi tank bölmələrimiz bütün cəbhə boyu aktiv döyüşlərdə idi. Döyüş meydanında əsas hədəf olmalarına baxmayaraq tankçılarımız bir an olsun belə dayanmırdılar. Bölmələrimizin irəliləməsi üçün tankçılar təlimlərdə öyrəndikləri bütün taktikaları istifadə edirdi. Düşmənin əsas bölmələrini Füzuliyə çəkmək döyüşləri burda daha intensivləşdirmək heç də əbəs yerə deyildi. Çünki xüsusi təyinatlılarımız onların gözləmədiyi istiqamətə, Hadruta yönəlmişdi. Onlar isə hələ də əsas hücumu Füzulidən gözləyirdi.
Ətraflı videoda:


MANŞET XƏBƏRLƏRİ