Ukrayna cəbhəsində dönüş, yoxsa donma olacaq? - “Qarşıdan soyuq qış ayları gəlir”

Ukrayna cəbhəsində dönüş, yoxsa donma olacaq? - “Qarşıdan soyuq qış ayları gəlir”

“Əslində, görüntüdə Rusiya-Ukrayna savaşı olsa da, pərdəarxasında Rusiya-NATO müharibəsinə şahidlik edirik”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

O, Ukrayna Silahlı Qüvvələrinin son günlər uğurlu hərbi əməliyyatlarını şərh verib:

“Bir neçə gün əvvəl ABŞ-ın təxminən 600 milyon dollara qədər qiyməti olan HIMARS raketlərinin yeni versiyalarının Ukraynaya göndərilməsi ilə bağlı xəbərlər yayılmışdı. Əslində, görüntüdə Rusiya-Ukrayna savaşı olsa da, pərdəarxasında Rusiya-NATO müharibəsinə şahidlik edirik.

NATO-nun Ukraynaya bu qədər sistemli dəstəyi fonunda Ukraynanın Rusiyaya qarşı müqavimət və müdafiə qabiliyyəti güclənir. Lakin istənilən halda indiki məqamda hansısa hərbi əməliyyatda Ukraynanın Xersonu işğaldan azad edəcəyini o qədər də mümkün hesab etmirəm. Çünki Rusiya Xerson, Zaporojye, Luqansk və Donetski özünə ilhaq edərkən orada çox güclü müdafiə istehkamları yaradıb”.

T. İsmayılov fikirləşir ki, Ukraynaya nə qədər böyük dəstək göstərilsə də, hansısa bir məqamda bütövlükdə ölkənin işğaldan azad ediləcəyini söyləmək çətindir:

“Əslində, Rusiya qarşısına qoyduğu yaxın hədəflərin bir çoxuna nail olub. Həmin bölgələr Rusiyaya ilhaq edilib. Ona görə də düşünürəm ki, Ukraynaya verilən güclü dəstək sadəcə Ukraynanın Rusiya qarşısında müəyyən qədər duruş gətirməsinə səbəb olacaq. Amma bütöv anlamda təkcə hərbi baxımdan deyil, eləcə də siyasi-iqtisadi baxımdan Rusiyanın Qərbə təsir imkanları çox genişdir. Qarşıdan soyuq qış ayları gəlir”.

 


MANŞET XƏBƏRLƏRİ