Rusiya raketi yaşayış binasını yerlə bir etdi - VİDEO


Rusiya ordunun Ukraynanın Zaporojye şəhərinə raket hücumunun nəticələrini əks etdirən görüntülər yayılıb.

Turkustan.azUkrayna Teleqram kanallarına istinadən xəbər verir ki, Zaporojye Vilayət Hərbi Administrasiyasının təhbəri Aleksandr Starux şəhər sakinlərini mümkün qədər diqqətli olmağa çağırıb. Çünki təkrar raket hücumu ehtimalı yüksəkdir.

"Ehtiyatlı olun. Təhlükəsizlik qaydalarına əməl edin. Hava hücumları zamanı sığınacaqlarda qalın", - Aleksandr Starux sosial şəbəkədə yazıb yazıb.

Qeyd edək ki, bu gün Rusiya ordusu Zaporojyedə infrastruktur obyektlərinə və yaşayış binalarına raket zərbələri endirib. Hücum nəticəsində bir qadın hadisə yerində, digəri isə təcili yardım maşınında xəstəxanaya aparılarkən ölüb. Dağıntılar altinda qalanların olduğu bildirilir. Hazırda xilasetmə işləri davam etdirilir.

/bakupost.az/


MANŞET XƏBƏRLƏRİ