Putin bunu edir? "Kadırov müdafiə naziri...


Rusiya lideri Putinlə yaxınlığı və hər fürsətdə müharibə tərəfdarı bəyanatlar verməsi ilə tanınan Çeçenistan lideri Ramazan Kadırov bu yaxınlarda general-leytenant rütbəsi alıb. Putin çıxış edərkən ağlayan Kadırovun Rusiya lideri tərəfindən Müdafiə Nazirliyinə gətiriləcəyi iddia edilib.

Turkustan.azxəbər verir ki, cəbhədə şiddətli müharibə davam edərkən, Rusiyadan gələn xəbərlər təəccübləndirməkdə davam edir. Çeçenistan lideri Ramazan Kadırovun ad günü münasibətilə Putin tərəfindən təbrik edildiyi və ona "general-polkovnik" rütbəsi verildiyi açıqlanıb. Bu rütbə üç ulduzlu generallara verilən addır və NATO sistemində "general-leytenant" rütbəsinə uyğundur.

MÜDAFİƏ NAZİRİ İDDİALARI

Digər tərəfdən, 46 yaşlı Kadırovun Putinlə bərabər yüksəlişi başqa söz-söhbətləri də özü ilə gətirib. Ukrayna müharibəsində Kadırovun komandanlıq etdiyi çeçenlərin qovulması və Putinlə yaxınlığı Kadırovun daha yüksək vəzifələrə gələ biləcəyi fikrini doğurdu. Kadırovun müharibəyönlü mövqeyini nəzərə alan bəzi mənbələr Çeçenistan liderinin Rusiyanın müdafiə naziri ola biləcəyini qiymətləndirirlər.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ