Paşinyan AÇIQLADI: Sabah Əliyev və Ərdoğanla görüşəcək


Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçiriləcək.

Turkustan.azxəbər verir ki, bu haqda N.Paşinyan bu gün parlamentdə "Hökumət saatı"nda çıxışı zamanı bildirib.

Dördtərəfli görüş sabah Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək.

O həmçinin bildirib ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək. Qeyd edək ki, indiyədək Ərdoöanla Paşinyan arasında yalnız bir dəfə telefon söhbəti olub.


MANŞET XƏBƏRLƏRİ