Yunanıstan Türkiyəni "böyük qardaşına" şikayət etdi


Afinada ABŞ Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşən Miçotakis Türkiyədən şikayət edib.

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis Afinada ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Turkustan.azxəbər verir ki, baş nazirlik ofisindən verilən açıqlamaya görə, Mitsotakis Yunanıstan-ABŞ əlaqələrinin "son dərəcə yaxşı səviyyədə olduğunu" vurğulayaraq, iki ölkə arasında hərbi əməkdaşlıqda əldə edilən irəliləyişlərə diqqət çəkib.

Aleksandrupolinin böyük strateji əhəmiyyətə malik olduğunu müdafiə edən Miçotakis, Yunanıstanın Amazon, Microsoft və Google kimi şirkətlərin investisiyaları ilə məlumat ehtiyatı və idarəetmə sahəsində əhəmiyyətli bir mərkəz halına gəldiyini, eyni zamanda enerji axınında əhəmiyyətli bir giriş qapısı olduğunu müdafiə edib.

TÜRKİYƏNİDƏ ŞİKAYƏT ETDİ

Türkiyənin ikitərəfli münasibətlərdə gərginliyi artıran ritorikaya malik olduğunu irəli sürən Miçotakis, bu iddiaları görüşə daxil edib, Yunanıstanın beynəlxalq hüquq və dəniz hüququ əsasında dialoqdan yana olduğunu iddia edib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smitin rəhbərlik etdiyi nümayəndə heyətini ABŞ-ın Afinadakı səfiri Corc Tsunis müşayiət edib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ