Apple kimi işə götürür? 4 həlledici xususiyyətləri...


Apple şirkətinin baş direktoru Tim Kuk innovasiyalar və beynəlxalq menecment üzrə fəxri dərəcə aldığı Neapol Federiko II Universitetində çıxış edib. Kuk komanda yoldaşlarını seçərkən diqqət etdikləri xüsusiyyətləri izləyiciləri ilə bölüşüb.

"Şirkətimizdə dünyanı dəyişmək istəyən, insanların həyatını zənginləşdirməyi hədəfləyən və dünyanı daha yaxşı bir yerə çevirmək istəyən insanlar var" dedi.

TƏRƏFDAŞLIQ

Tim Kuk bildirib ki, Apple-da işləmək arzusunda olan hər kəs üçün ilk və ən vacib ehtiyac həmkarları ilə əməkdaşlıq etmək bacarığıdır.

MARAQ

Apple-ın marağa dəyər verdiyini və maraqlı təbiətli insanlar axtardığını deyən Tim Kuk aşağıdakı ifadələrdən istifadə edib:

"Bu şablon olacaq, amma heç bir sual axmaq deyil. Ağıllı sual və ya axmaq sual olmasının fərqi yoxdur. Bu suallar mövzunu dərindən başa düşməyə kömək edir".

YARADICILIQ

Apple işçilərinin axtarılan keyfiyyətlərindən birinin yaradıcılıq olduğunu ifadə edən Kuk, "Fərqli düşünə bilən, problemlərə fərqli bucaqdan baxan insanları axtarırıq" dedi.

EKSPERTİZA

Tim Cook nəhayət ekspertiza mövzusuna toxunub.

Apple-ın müvafiq təcrübəyə malik insanlara üstünlük verdiyini ifadə edən Kuk, "Əgər sənaye dizaynında bir iş görürüksə, daha əvvəl bu sahədə təhsil almış və ya iş həyatında bu bacarığı olan biri lazımdır" dedi.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberglobal.com.tr


MANŞET XƏBƏRLƏRİ