Ukrayna ordusunun irəliləməsi davam edir: Daha 5 yaşayış məntəqəsi geri alınıb - FOTOLAR


Ukrayna mətbuatında çıxan xəbərlərdə Xerson bölgəsindəki Davydiv Brid, Starosillya, Novopetrivka və Dudçani qəsəbələrinin nəzarətinin yenidən Ukraynaya keçdiyi bildirilib.

Turkustan.azxəbər verir ki, Xarkov vilayətinin Bohuslavka kəndi rus qoşunlarından geri alınıb. Digər tərəfdən, sosial şəbəkələrdə Ukrayna qüvvələrinin yaşayış məntəqələrinə daxil olmasını əks etdirən görüntülər yayımlanıb.

Ukrayna ordusu Xarkov, Xerson və Donetsk vilayətlərində Rusiya qüvvələrinə qarşı hücuma keçib.

Ukrayna prezidenti Vladimir Zelenski dünən bəyan edib ki, sentyabrdan bəri təkcə Xarkovda 450-dən çox yaşayış məntəqəsi Rusiya qoşunlarından geri alınıb.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ