Yer kürəsi dəhşətli MAQNİT QASIRĞASI zonasına daxil olub – Oktyabr ayında kimlər özünü qorumalıdır?


2022-ci il oktyabr ayının əvvəlindən başlayaraq Yür kürəsi əhalisini əsl təhlükə gözləyir. Ayın ilk günündən başlayaraq ayın sonunadək güclü maqnit qasırğası proqnozlaşdırılır. Mütəxəssislərin proqnozlarına görə oktyabrın 4-də və 5-də qasırğanın gücü 4 bala qədər yüksələcək.

Bu da normadan xeyli yüksəkdir. Sonrakı günlərdə qasırğanın gücü 3 bala enəcək. Ay boyu davam edəcək maqnit qasırğası oktyabrın 20-21-də və oktyabrın 27-30-da 4, 28-ində isə 5 bala yüksələcək. Bu isə təhlükəli həddir.

Mütəxəssislərin fikrincə, belə hava şəraitində əksər meteohəssas insanlar halsızlıqdan və baş ağrısından şikayətlənirlər. Hipertoniyadan əziyyət çəkən insanların qan təzyiqində tez-tez sıçrayışlar müşahidə edilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov kainatdan gələn hansısa maqnit qasırğalarının Yer kürəsində müəyyən narahatçılıqlar yaratığını təsdiqlədi:

"Bu narahatçılıqlar həmin yerin özünün maqnit gücünü üstələyə bilmir. Nəticədə, müyyən xroniki xəstəlik keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Maqnit qasırğası əsasən 50 yaşdan yuxarı insanların səhətinə mənfi təsir göstərir. Məsələn, qanında müəyyən yağların yüksək olması, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara maqnit qasırğası pis təsir edir. Bu da özünü baş ağrıları, halsızlıqla göstərə bilər. Maqnit qasırğası hətta hipertaniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər".

Rasif Bağırov ona görə də tövsiyyə edir ki, qan dövranında problemi olan insanlar belə günlərdə daha diqqətli olmalıdırlar.

"Hipertaniyadan əziyyət çəkən insanlar yaxşı olar ki, istirahətə daha çox üstünlük versinlər. Açıq havada daha çox gəzsinlər. Özlərini stresdən qorumağa çalışsınlar, yalnız müsbət emosiyalara köklənsinlər".


MANŞET XƏBƏRLƏRİ