Şagirdi döyən uşağın valideynləri kimdir? – Biabırçı olayın TƏFƏRRÜATLARI


Xəbər verildiyi kimi sosial şəbəkələrdə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb.

Qeyd edək ki, 112 nömrəli tam orta məktəbin məlumatında bildirilir ki, şagirdlərin uyğunsuz davranışı ilə bağlı yayılan görüntülər 30 sentyabr tarixində tənəffüz zamanı baş verib. Şagirdlər arasında əvvəllər heç bir mübahisə yaranmayıb.

Bizim.Media şagirdi döyən sinif yoldaşı barədə müəyyən məlumatlar əldə edib. Məlum olub ki, Pirşağı məktəbindəki olay qəhrəmanının anası qəsəbə sakini, alkoqol aludəçisi və səfil həyatı sürən biri ilə ikinci dəfə ailə qurub. Qadın isə həmin şəxsin 5-ci ailəsidir.

Bu məşum olay isə 4 gün əvvəl baş verib və dünən məktəbdə bununla bağlı iclas keçirilib. Şagirdi döyən məktəbli hadisədən sonra dərsə gəlmir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi olayla bağlı açıqlama verib. Məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər arşdırılır.

Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib. Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


MANŞET XƏBƏRLƏRİ