Yeni super-qitə yaranacaq, qitələr birləşəcək


Avstraliya və Çindən olan geoloqlar tektonik plitələrin hərəkətini modelləşdirərək gələcəkdə Yer kürəsində yeni super qitənin peyda olacağını müəyyən ediblər.

Turkustan.azxəbər verir ki, bu barədə "Nəşnl Sayəns Revyu" jurnalında dərc olunan araşdırmada deyilir.

Məlumata görə, bu nöqtədə qitələr birləşəcək və Sakit okean bağlanacaq:

"Dəyişikliklər nəticəsində Avstraliya Avrasiya ilə toqquşacaq və Amerikaya doğru hərəkət edəcək. O zaman bütün qitələr Amasya adlanacaq nəhəng superqitədə birləşəcək. Okeanlardan yalnız Hind və Atlantik qalacaq. Bu dəyişikliklər 200-300 milyon ildən sonra baş verəcək. Qitələrin birləşməsi iki yolla baş verə bilər: əvvəlki superkontinentin ayrılması zamanı əmələ gələn okean, yəni introversiya və ya onu əhatə edən superokeanın qalıqları vasitəsilə. Bütün bu dəyişikliklər Yerdəki iqlimin kəskin şəkildə dəyişməsinə səbəb olacaq. Dəniz səviyyəsi aşağı düşəcək və super qitənin daxili hissəsi yüksək gündəlik temperatur dəyişiklikləri ilə quraqlaşacaq". /axar.az/


MANŞET XƏBƏRLƏRİ