Azərbaycanda öldürücü qrip yayılır?


Avropa hazırda yüksək patogenli "quş qripi"nin rekord həddə çatan ən pis epidemiyasını yaşayır.

Bunu Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin 2021-2022-ci illər üzrə məlumatları sübut edir.

Köhnə dünyanın 37 ölkəsində 3573 çöl quşunun, o cümlədən təsərrüfatlarda 2467 quşun, 187 ev heyvanının yoluxduğu dəqiqləşdirilir.

İndiyədək insanlar arasında yoluxma halları qeydə alınmayıb, lakin ekspertlər bu ilin qışına qədər vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırırlar.

Maraqlıdır, Azərbaycanda "quş qripi" epidemiyası kütləvi şəkildə yayıla bilərmi?

Cebhe.info - ya açıqlamasında tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov bildirib ki, bu, mümkün deyil:

""Quş qripi" hər il müxtəlif zamanlarda müxtəlif ölkələrdə dəfələrlə yayılıb. Azərbaycanda da bu qripə zamanında rast gəlinib. Amma çox sayda ölüm hadisəsi baş vermədi, yoluxma halı qorxunc səviyyəyə çatmadı. Mövsümə xas olan "quş qripi" gələdiyi kimi də getdi. Avropada niyə belə ajiotaj qaldırırlar? Çünki istəyirlər ki, yoluxma pik həddə çatmasın. Olsa belə, kiçik arealda olsun ki, hiss edilməsin. Ona görə az yoluxma halında belə məlumat verirlər. Amma "quş qripi" koronavirus kimi ciddi narahatlıq yaratmayıb və yaratmaz. "Quş qripi"ndən narahat olmağa dəyməz".


MANŞET XƏBƏRLƏRİ