Məktəb qarşısında "şəhid ehsanı" adı ilə şagirdlərə narkotik PAYLANIR? – ŞOK FOTO


Paytaxt məktəblərində dərs çıxışı zamanı şagirdlərə narkotik tərkibli həblərin paylanması iddia olunur.
Bununla bağlı "Vatsap" qrupunda məlumat yayılıb. Bildirilib ki, konfet formasında olan bu həblər uşaqlara qara çadralı qadın tərəfindən "şəhid ehsanı" adı ilə paylanılır.
İddialara görə belə bir hal bu günlərdə Günəşli qəsəbəsində yerləşən məktəblərdən birinin qarşısında baş verib. Qara hicablı qadın konfeti şagirdə uzadıb.
Məktəbli götürmək istəməsə də, təkidlə əlinə tutuşdirib və "şəhid ehsanıdır, ruhu səndən inciyər" deyə götürmək üçün israr edib. Uşaq konfeti götürsə də, yeməyib və evə gətirərək anasına verib. Ana içərisindəkinin tərkibindən şübhələndiyi üçün ərazidəki polis şöbəsinə yaxınlaşıb. Hazırda məsələ araşdırılır.
Məlumat "Vatsap" qrupunda yayıldığı üçün valideynlər arasında ciddi narahatlıq başlayıb.
Məsələ Daxili İşlər Nazirliyində araşdırılır.

(bizim.media)


MANŞET XƏBƏRLƏRİ