Tehran israilli nazirin Bakıya gəlişindən NİYƏ narahatdır? - DETALLAR


Müdafiə naziri Zakir Həsənov oktyabrın 3-də həm Bakıda İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edib. Məlumata görə, nazir israilli həmkarıyla hərbi-texniki əməkdaşlıq məsələri ilə bağlı müzakirə aparıb.

Eyni zamanda, müdafiə naziri Zakir Həsənov dünən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə telefonla danışıb.

Turkustan.az xəbər verir ki, Müdafiə Nazirliyindən yayılan məlumatda tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi bildirilib.

Eyni gündə bir-birinə düşmən olan iki dövlətin – İsrailin və İranın müdafiə sistemlərinə başçılıq edən şəxslərin Bakı ilə təmaslarını təsadüfü saymaq olarmı?

Politoloq Elxan Şahinoğlunun fikrincə, İsrail Azərbaycan-İran əməkdaşlığından narahat deyil:

"İsrail bunu Azərbaycanın daxili işi sayır və qarışmır. İran isə əksinə, Azərbaycan-İsrail hərbi əməkdaşlığından aşkar narahatdır. Bunu müxtəlif səviyyələrdə səsləndirməkdən çəkinmir. Üstəlik Bakıya zəng edən Hüseyn Baqeri bir müddət əvvəl Azərbaycanla bağlı təhdid mahiyyətli açıqlama vermişdi. Görünən odur ki, rəsmi Bakı İsraillə hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirməkdə və genişləndirməkdə maraqlıdır. Azərbaycan ordusunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması əsas vəzifədir". (publika.az)


MANŞET XƏBƏRLƏRİ