Yunan ordusundan Türkiyə ilə müharibə etirafı: 3-4 gündən çox olmayacaq


Yunan ordusundan Türkiyə ilə müharibə etirafı: 3-4 gündən çox olmayacaq.

Türkiyə ilə Yunanıstan arasında mümkün müharibə ssenarilərini dəyərləndirən Evangelos Apostolakis, müharibənin ən çox 3-4 gün davam edəcəyini bildirərək, "Ordumuz yaxşıdır, amma bəzi problemlər olduğu üçün mükəmməl deyil" dedi.

Turkustan.azxəbər verir ki, Yunanıstanın ABŞ-ın Egey adalarına hədiyyə etdiyi zirehli texnikaları göndərməsi Ankara-Afina xəttindəki yanğını daha da alovlandırdı. Son həftələrdə tərəflərin geri addım atmaması Türkiyə ilə Yunanıstan arasında gərginlik günü-gündən artır. Bununla belə, bir müddətdir Yunanıstan müdafiəsi tərəfindən diqqətəlayiq bir açıqlama nazirliyin rəhbəri olan və ölkədə verilən demək olar ki, bütün medallara sahib olması ilə tanınan Evangelos Apostolakisdən gəlib.

Yunanıstan mətbuatına açıqlama verən Apostolakis, Türkiyə ilə Yunanıstanın müharibə edəcəyi təqdirdə hadisənin qısa zamanda yayıla biləcəyini və buna nəzarət etməyin asan olmadığını bildirib. Qarşıdurmaların bütün bölgəyə sirayət edə biləcəyini ifadə edən Apostolakis, "Türkiyə tərəfindən narahatlığa səbəb olan hərəkətlər oldu. Türklər öz mənfəətləri üçün işləyəcək işlər görürlər" dedi.

SULLIVANIN TÜRKİYƏ SƏFƏRİ İDDİASI QALMAQALI

Yunanıstan Baş Qərargahının fəxri rəisi olan Apostolakis də ABŞ-ın milli təhlükəsizlik müşaviri Sullivan ilə türkiyəli həmkarı İbrahim Kalın arasında görüş zamanına diqqət çəkib. Apostolakis, "Əgər Sullivan onlara gərginliyi artırmağın onların maraqlarına uyğun olacağını söyləsəydi, dayanardılar. Bu, bazarlıqdır. Çavuşoğlunun Liviyaya getdiyi bir vaxtda Sallivanın Türkiyəyə getməsini necə izah etmək olar".

"Sözcü"də yer alan xəbərə görə, Apostolakis müharibə ssenarilərindən də danışıb. Türkiyə və Yunanıstanın üz-üzə gələcəyi təqdirdə müharibənin 3-4 gündən çox davam etməyəcəyini deyən o, "Hərbi qarşıdurma başlasa, müharibənin istiqamətinə nəzarət etmək asan olmayacaq və münaqişələr daha da genişlənə bilər. Qısa müddətdə bütün bölgəni əhatə etdi. Bu, nəzarət etməyə çalışdığınız, lakin bacarmadığınız bir yanğındır deyə şərh edib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: sondakika.com


MANŞET XƏBƏRLƏRİ