"Kişilər arvadlarından qaçmaq üçün müharibəyə gedirlər"


Rusiyanın Vorkuta vilayətinin meri Yaroslav Şapoşnikov ölkədə elan edilən səfərbərlik çərçivəsində hərbi xidmət üçün müraciət edən kişilərin onda birinin arvadlarından qaçmağa çalışdığını iddia edib.

Xanımlarının nazından bezən kişilər üçün döyüşə getməyin həll yolu olduğunu iddia edən Şapoşnikov rus qadınlarının hər şəraitdə arvadlarının arxasında olması lazım olduğunu bildirib.

Turkustan.azxəbər verir ki, bələdiyyə sədrinin sözləri sosial şəbəkələrdə yayılsa da, reaksiyalara da səbəb olub.

Rusiya prezidenti Vladimir Putinin ötən ayın sonunda qismən səfərbərlik elan etməsi beynəlxalq və daxili reaksiyalara səbəb olub, Rusiyada keçirilən etiraz aksiyalarında yüzlərlə insan saxlanılıb.

Hazırladı: Eltac Zülfqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ