İsveç və Finlandiya mediası: Ərdoğan bizi təhdid etdi


Prezident Ərdoğanın Türkiyə Böyük Millət Məclisindəki çıxışında NATO-nun İsveç və Finlandiyaya xəbərdarlıq etməsi iki ölkə mediasında geniş əks-səda doğurub. Xəbərdə Ərdoğanın onları hədələdiyi bildirilib.

Turkustan.azxəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin 27-ci Dövrün 6-cı Qanunvericilik ilinin açılışı münasibətilə keçirilən Baş Məclisində çıxış edib. Ərdoğan çıxışının bir hissəsində İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı mühüm mesajlar verib.

Türkiyəyə verilən vədlərin tutulması lazım olduğunu vurğulayan Ərdoğan, "Ölkəmizə verilən vədlər yerinə yetirilənə qədər bu məsələdə prinsipial və qətiyyətli mövqeyimizi qoruyacağıq" deyib.

İSVEÇ MƏTBUATI: NATO ÜZVLÜĞÜNÜ DAYANDIRMAĞLA TƏHDİD ETDİ

İsveçin dövlət televiziyası SVT Ərdoğanın "Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünü dayandırmaqla yenidən təhdid edir" başlığı ilə verdiyi açıqlamanı sitat gətirib.

"Prezident Ərdoğan bir daha İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü, müdafiə alyansını dayandıra biləcəyini açıqladı. Bu, ölkələr Türkiyənin tələblərini yerinə yetirməsə, baş verəcək", - xəbərdə deyilir.

Xatırlatılıb ki, bir ölkənin NATO-ya müraciətinin təsdiqlənməsi üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Qeyd olunub ki, Türkiyə İsveçin üzvlüyünə açıq şəkildə etiraz edən yeganə ölkədir.

Ankara ekstradisiya tələb olunan terrorçularla bağlı məhkəmə prosesini istəyir. Digər tərəfdən, "Slovakiya İsveç və Finlandiyanın müraciətini təsdiqlədi və indi yalnız Macarıstan və Türkiyə qalır" qeydi yer alıb.

FİNLANDİYA MƏTBUATI: ƏRDOĞAN BİZİ VƏ İSVEÇİ TƏHDİD ETDİ

Finlandiyanın "Savon Sanomat" qəzeti "Ərdoğan bir daha Finlandiya və İsveçi NATO-ya üzv olmaqdan çəkindirməklə hədələdi" başlığı ilə oxucularının qarşısına çıxıb.

"Biz Finlandiya və İsveçin vədlərinə əməl edib-etməmələrini yaxından izləyəcəyik və təbii ki, qərar bizim parlamentimizə aiddir", - deyə Ərdoğan bildirib.

Finlandiya və İsveçin NATO üzvlüyünün 28 NATO üzvü ölkə tərəfindən ratifikasiya edildiyi, yalnız Türkiyə və Macarıstanın təsdiqinin olmadığı xatırladılıb.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ