Miçotakis Ərdoğanı ingilislərə şikayət etdi: Osmanlının əzəmətli vizyonunun...


Yunanıstan və Türkiyə arasında gərginlik Afina hökumətinin ABŞ-ın bağışladığı zirehli maşınları adalara göndərməsi ilə daha da artıb. Prezident Ərdoğan üçün "Möhtəşəm Osmanlı vizyonunu izləyirəm" ifadəsini işlədən Miçotakis, "Ümid edirəm ki, hər kəs Türkiyənin böyüklüyünü qəbul edər, lakin Yunanıstanın suverenliyinə zidd olarsa, bu baş verməz" dedi.

Turkustan.azxəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında Egey adalarında artan böhran və bir sıra məsələlər beynəlxalq mətbuatda yaxından izlənilir. Nəhayət, Yunanıstanın beynəlxalq hüquqa zidd olaraq Egeydəki Midilli və Samos adalarına ABŞ mənşəli zirehli maşınlar göndərməsindən sonra Türkiyənin Yunanıstan və ABŞ-a nota verməsi gərginlik daha da artıb.

Prezident Rəcəb Tayyib Ərdoğan, keçən həftə verdiyi açıqlamada, "Qərbi Trakya və adalarda yığılan silahlar bizim üçün bir məna kəsb etmir, çünki gücümüz onlardan çox-çox kənardadır, lakin bunun gizli bir işğal anlamına gəldiyini xatırladırıq.

MİÇOTAKİS TÜRKİYƏNİN YANLIŞ MƏLUMAT YAYLADIĞI İDDİA EDİR

Gərginliklə bağlı Yunanıstanın baş naziri Kiriakos Mitsotakis İngiltərə mətbuatına Türkiyə və prezident Ərdoğanı hədəf alan açıqlamalar verib. Mitsotakis Sunday Times qəzetinə verdiyi müsahibədə Türkiyənin yalan məlumat yaydığını iddia edib. "Ərdoğan regional oyunçu olmaq istəyir və hər kəsin Türkiyənin böyüklüyünü qəbul edəcəyinə ümid edir, lakin bu, Yunanıstanın suverenliyinə ziddirsə, bu baş verməyəcək", - deyən Yunanıstanın baş naziri, prezident Ərdoğanın "şanlı Osmanlı vizyonunu həyata keçirdiyini" söyləyib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ