20 yaşlı gənc Xocavənddə minaya düşdü


Xocavənd rayonunda mina hadisəsi baş verib.

Turkustan.az Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 2022-ci 2 oktyabr tarixində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 2002-ci il təvəllüdlü Sabirabad rayon sakini Kərimzadə Rasim Nüsrət oğlu xəsarət alıb.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.


MANŞET XƏBƏRLƏRİ