1 ildir yemək yeyə bilməyən adamın mədəsindən çıxanlar hərkəsi HEYRƏTLƏNDİRİB- FOTO


Hindistanda 1 ilə yaxındır yemək yeyə bilməməyən və şiddətli qarın ağrısı şikayəti ilə həkimə müraciət edən 34 yaşlı kişinin mədəsinin rentgeni çəkilib. Rentgeninin çəkən həkim kişinin mədəsində çoxlu qaşıq gördüyü üçün təcili əməliyyata hazırlıqlara başlayıb.

Hindistanın Uttar Pradeş əyalətinin Muzaffarnagar şəhərində yaşayan 34 yaşlı kişi xəstə 1 ildir yemək yeyə bilmədiyini bildirərək xəstəxanaya müraciət edib. Kişini müayinə edən Dr. Rakeş Xuran dərhal rentgen çəkdirməyini söyləyib.

Təcili vəziyyətlə əlaqədar rentgen çəkildiyi otağa gedən Dr. Rakeş Xuran kişinin mədəsində çoxlu qaşıq aşkar etdikdən sonra dərhal otağına qaçıb və köməkçilərinə ağır əməliyyat keçirəcəyini tapşırıb.

TAM 63 QAŞIQ ÇIXIB

Çətin əməliyyatdan sonra 34 yaşlı kişinin mədəsindən 63 qaşıq çıxıb. Kişinin qaşıqları qəsdən udduğu, ancaq bu vəziyyəti hər kəsdən gizlətdiyi öyrənilib. Xəstə hazırda reanimasiya şöbəsindədir və müalicəsi davam edir.

1 yıldır yemek yiyemeyen adamın midesinin röntgeni çekildi, çıktıyı alan doktor odasına koştu

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ