Türkmənistan Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olur


Türkmənistan Türk Dövlətləri Təşkilatına (TDT) tamhüquqlu üzv olacaq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, qeyd edib ki, müvafiq qərar TDT-nin 11 noyabrda Səmərqənddə keçiriləcək sammitində qəbul ediləcək.

Xatırladaq ki, Türkmənistan ötən il Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv qəbul edilib.


MANŞET XƏBƏRLƏRİ