Rusiyada səfərbərlik xaosu böyüyür: Əsgərliyə getmək istəməyən gənc ayağını sındırdı - VİDEO


Rusiya prezidenti Putinin qismən səfərbərlik elan etməsindən sonra yüzlərlə vətəndaş ölkəni tərk etmək üçün hava limanlarına və sərhədlərə axışıb. Ukraynaya qarşı döyüşmək istəməyən və qaça bilməyən digər ruslar fərqli yollara əl atırlar. Son görüntülərdə gənc oğlan dostuna əsgərliyə getməmək üçün ayağını sındırmasını deyir. Dostunun ayağını sındıran yeniyetmə ağrıdan qışqırır.

Turkustan.azxəbər verir ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan etdikdən sonra ruslar panika içində ölkəni tərk etməyə davam edir. Rusiyanın Ukraynaya hücumları davam edərkən, müharibənin ortasında olmaq istəməyən ruslar Gürcüstana avtomobil yolu ilə keçirlər.

Qismən səfərbərlik elanından sonra ölkəni tərk edən ruslar Rusiya-Gürcüstan sərhədindəki "Yuxarı Lars" Sərhəd Qapısında 14 kilometrlik növbə yaradıblar. Sərhəd keçidindəki uzun növbə və tıxac səbəbindən bəzi Rusiya vətəndaşlarının Gürcüstana keçməsi təxminən 40 saat çəkdi. Yuxarı Lars Sərhəd Qapısındakı sıxlıq səbəbindən Gürcüstan magistralından tranzit kimi istifadə edən, o cümlədən Türkiyə, Ermənistan və bir çox başqa ölkələr də yüzlərlə yük maşını saatlarla gözləməli olub.

MÜHARİBƏYƏ GÖRƏ QAÇIRLAR

Digər tərəfdən, Rusiya vətəndaşları vətənlərini tərk etmələrinin ilk səbəbinin müharibə olduğunu gizlətmirlər. Bəziləri Gürcüstanda qalıb yaşamaq üçün gəldiklərini, bəziləri isə Gürcüstan vasitəsilə müxtəlif ölkələrə gedəcəklərini, orada məskunlaşacaqlarını, sonra ailələrini də özləri ilə aparacaqlarını deyirlər.

Səfərbərlik elan edildikdən sonra bir çox yerlərdə etiraz nümayişləri keçirilib. Bunlardan əlavə, qaça bilməyənlər döyüşməmək üçün müxtəlif yollara əl atırlar. Son videoda yeniyetmə dostuna pilləkənlərinə çatdıqdan sonra ayağını sındırmasını deyir. Dostu ayağının üstündə tullanır və ayağını sındırır. Videoda yeniyetmənin ağrıdan qıvrıldığı görünür.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ