Bayden ölmüş konqresmenə zəng etdi: "Sən hardasan?..." - VİDEO


ABŞ prezidenti Co Bayden avqust ayında avtomobil qəzasında dünyasını dəyişən İndiana konqresmeni Jackie Walorskinin öldüyünü unudub və konqresdəki çıxışında Walorskiyə zəng edərək onun harada olduğunu öyrənməyə çalışıb.

Turkustan.azxəbər verir ki, ABŞ prezidenti Co Bayden Ağ Evdə aclığa son qoyulması ilə bağlı konfrans zamanı Respublikaçıların İndiana təmsilçisi Ceki Uolorskiyə zəng edərək onu tapmağa çalışıb.

Amma o, Uolorskinin keçən ay avtomobil qəzasında öldüyünü unutmuşdu.

Bayden və həyat yoldaşı ölümündən sonra qəzanın onları çox kədərləndirdiyini söyləyib.

Walorski konfransı maliyyələşdirmək üçün qanun layihəsinin dörd konqres həmsponsorundan biri idi. O, avqustun əvvəlində iki əməkdaşı ilə birlikdə vəfat edib.

Missuri Respublikaçı Nümayəndəsi Vicky Hartzler səhvə toxunaraq, "Həqiqətən dəhşətli və utanc verici bir səhvdir" dedi.

Bayden açıqlamalar zamanı səhvini düzəltmədi, lakin hadisə Twitter və digər sosial media platformalarında sürətlə yayılıb.

Bəzi insanlar bu anı 79 yaşlı Baydenin prezident olmaq üçün zehni qabiliyyətinin olmadığını sübut kimi qəbul etdilər.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ