Peter Stano: Türkiyə təhdidlərə son qoymalıdır, biz Yunanıstanın yanındayıq


Avropa Komissiyasının sözçüsü Peter Stano, "Türkiyənin təhdid ritorikasına son qoymasını gözləyirik" deyən Aİ-nin Yunanıstanla həmrəy olduğunu bildirib.

Turkustan.azxəbər verir ki, bu ilin ortalarına qədər münasibətlərin yolunda olduğu Ankara-Afina xəttində gərginlik günü-gündən artır. ABŞ-ın zirehli texnikası və tanklarının Türkiyəyə çox yaxın adalara çıxarılması ilə Türkiyə ilə Yunanıstan arasındakı gərginlik fərqli bir miqyas alarkən, müzakirələrlə bağlı son açıqlama Avropa Birliyindən (AB) gəlib.

Avropa Komissiyasının sözçüsü Peter Stano bildirib ki, Türkiyə mehriban qonşuluq münasibətləri və beynəlxalq hüquqa hörmət çərçivəsində bütün Aİ ölkələrinin suverenliyinə hörmət etməlidir.

Yunanıstanın AB üzvü olduğunu bildirən Stano Türkiyəni "gərginliyi azaltmağa və təkcə Yunanıstanla deyil, bütün Aİ ölkələri ilə konstruktiv əməkdaşlıq yolu tutmağa" çağırıb.

AB rəsmisi Stano, "Türkiyənin təhdid ritorikasına son qoymasını gözləyirik" deyən AB-nin Yunanıstanla həmrəy olduğunu dilə gətirib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ