Tarixin ən böyük böhranını yaşayan İngiltərəyə yeni şok: Sterlinq çökdü


Tarixinin ən böyük böhranını yaşayan İngiltərədə sterlinq dollar qarşısında çökdü. Cütlük 1.0350-də bütün zamanların ən aşağı səviyyəsinə düşüb.

Britaniya hökumətinin 45 milyard funt-sterlinq vergi endirimi paketini elan etməsindən sonra ingilis funt sterlinqi dollar qarşısında 1,0350 səviyyəsinə qədər bütün zamanların ən aşağı səviyyəsinə çatıb.

Turkustan.azxəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Kvasi Kvartenq cümə günü ölkənin cəmi 45 milyard funt-sterlinq olacaq vergi endirimlərinin həyata keçirilməsinə hazırlaşdığını açıqlayıb. Bu da öz növbəsində ölkənin xarici borclanmasının artacağına dair gözləntiləri artıraraq sterlinqin gücdən düşməsinə səbəb olub.

İNFLYASİYA ÜST YÜKSƏKDƏDİR

Ukraynada davam edən müharibənin enerji qiymətlərinə təsiri və tənəzzül narahatlıqları da sterlinqə təzyiqi artırıb. Analitiklər, İngiltərə Bankının (BoE) qarşıdakı dövrdə inflyasiyaya nəzarət etmək üçün faiz dərəcələrini artırmağa davam edəcəyini düşünürlər.

İngiltərə Bankı ötən həftə siyasət faizini 50 faiz bəndi artıraraq 2,25%-ə çatdırıb. Hazırda ölkədə inflyasiya 9,9 faiz təşkil edir ki, bu da son 40 ilin ən yüksək səviyyəsidir.

Qlobal bazarlarda ötən həftə mərkəzi bankların aqressiv faiz artımları və artan tənəzzül narahatlıqlarının hakim olduğu mənfi tendensiya bu həftə də davam edib.

Dollar indeksi sürətli yüksəlişini davam etdirərək 2002-ci ilin may ayından bəri ilk dəfə olaraq 114,5 səviyyəsinə yüksəldi. Qızılın unsiya qiyməti son 2,5 ilin ən aşağı səviyyəsini sınayaraq 1627 dollardan aşağı düşüb. Brent markalı neftin barel qiyməti 83,5 dollarla 8 ayın dibinə enib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: sabah.com.tr


MANŞET XƏBƏRLƏRİ