Rusiya sərhədlərini bağlayır? - Peskovdan cavab


Hazırda qismən səfərbərlik fonunda Rusiyanın digər dövlətlərlə sərhədlərinin bağlanması barədə qərar yoxdur".

Turkustan.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl KİV-də Rusiya Federasiyasında qismən səfərbərliyə görə sərhədlərin mümkün bağlanması ilə bağlı məlumatlar yayılmışdı.

"Bu barədə heç nə bilmirəm. Hazırda bu məsələ ilə bağlı heç bir qərar yoxdur", - deyə Peskov Rusiyanın digər dövlətlərlə sərhədlərinin bağlanması ilə bağlı xəbərləri nə təsdiq, nə də təkzib edə bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, Rusiyada sentyabrın 21-dən prezidentin fərmanı ilə qismən səfərbərlik elan edilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, 1000 kilometrlik təmas xəttinə və Ukraynada azad edilmiş ərazilərə nəzarət etmək lazımdır. (yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ