Çavuşoğlu: “Türkiyə bu referendumları TANIMIR”

Çavuşoğlu: “Türkiyə bu referendumları TANIMIR”

Türkiyə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”, eləcə də Xerson və Zaporojye vilayətlərində Rusiya Federasiyasının tərkibinə daxil olmaqla bağlı keçirilən referendumun nəticələrini tanımır.

Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 26-da Tokioda Yaponiya Milli Mətbuat Klubunda keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

“Biz Krımın ilhaqını tanımadığımızı Rusiya Federasiyasına bəyan etmişik və bəyan etməkdə davam edirik. Biz Ukrayna ərazisində keçirilən referendumun nəticələrini tanımırıq”, - Çavuşoğlu bildirib.

O, Türkiyənin bu məsələ ilə bağlı narahatlığını və mövqeyini artıq ifadə etdiyinə diqqət çəkib.

Sentyabrın 21-də Rusiya Prezidenti Vladimir Putin ruslara və Donbas “respublikaları”nın, eləcə də Xerson və Zaporojye vilayətlərinin sakinlərinə müraciət edib. O qeyd edib ki, Rusiya bu regionların sakinlərinin öz həyatlarını təyin etmək üçün səmimi istəyinə cavab verməyə bilməz.

Sentyabrın 23-dən 27-dək “Donetsk və Luqansk xalq respublikaları”nda, eləcə də Zaporojye və Xerson vilayətlərində referendumlar keçirilir. (publika.az)


MANŞET XƏBƏRLƏRİ