İjevsk qətliamı: ölən və yaralananlar artdı - VİDEO


Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb.

Regionda hadisə ilə bağlı matəm elan edilib.

xxx

Son məlumata görə, İjevskdə 88 saylı orta məktəbdə baş verən atışma nəticəsində 6 nəfər həlak olub, 20-yə yaxın insan yaralanıb.

Bu barədə Udmurtiyanın Daxili İşlər Nazirliyi bildirib.

Hücum edən şəxs intihar edib. Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib ki, ölənlər arasında uşaqlar da var.

xxx

12:13

İjevsk şəhərindəki (Udmurtiya Respublikası) 88 saylı orta məktəbdə atışma olub, mühafizəçilərdən biri və iki şagird yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə məktəb rəhbərliyi "Zvezda" telekanalına bildirib.

Yerli "UDMInfo" nəşrinin şahidlərə istinadən verdiyi məlumata görə, təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb. "Danışır Moskva" isə bildirir ki, hücumçu məktəbin ikinci mərtəbəsində polisə atəş açıb, o, heç bir tələb irəli sürmür.

Daxili İşlər Nazirliyi də atışma ilə bağlı məlumatı təsdiqləyib. Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib ki, bütün xüsusi xidmət orqanları, təcili yardım hadisə yerində işləyir. "88 saylı məktəbdəki vəziyyətə görə: bütün qüvvələr və vasitələr cəlb olunub... Mən hadisə yerinə gəldim, baş verən hər şeyi operativ şəkildə çatdıracağam", – deyə o "Telegram"da yazıb.


MANŞET XƏBƏRLƏRİ