İranda daha iki gənc qadın öldürüldü


İran hökumətinin tətbiq etdiyi məcburi hicaba qarşı etiraz aksiyalarına qoşulan iki gənc qadının ölümü ilə bağlı yeni fakt açıqlanıb.

Turkustan.az xəbər verir ki, təbrizli Aysan Mədənpəsənd və Mazəndəranın Noşəhr şəhərindən olan Hənanə Kiyanın İran hökumətinin məmurları tərəfindən öldürüldüyüi təsdiq edilib.

Aysan Mədənpərəst həbs edildikdən sonra məmurlar tərəfindən döyülərək aldığı ağır xəsarətlər nəticəsində ölüb.

Təhlükəsizlik məmurları Aysanın ailəsinə təzyiq göstərib və onun ölümünün təbii şəkildə baş verdiyi barədə məcburi açıqlama vermələrini istəyib.

Hənanə Kiya isə sentyabrın 23-ü axşam saatlarında Noşəhrdə keçirilən dinc aksiyada xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində həyatını itirib. (milli.az)


MANŞET XƏBƏRLƏRİ