Rusların şok planı ortaya çıxdı: Kəşfiyyat Ukrayna ərazisinə girərək...


Ukraynanın cənubunda vəziyyət gərgin olaraq qalır.

Turkustan.az xəbər verir ki, sentyabrın 25-də Odessa ərazisinə kamikadze dronlar vasitəsilə hücum edilib.

Bildirilir ki, hazırda xilasetmə və yanğınsöndürmə işləri davam edir. Daha bir pilotsuz təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Hücum nəticəsində bir neçə trolleybus marşrutunun hərəkəti dayandırılıb. Yaşayış binalarına da ziyan dəyib.

Ukrayna hava hücumundan müdafiə qüvvələri rusların Nikolayevə hücum etməyə çalışdığı kamikadze pilotsuz aparatını vurub.

Eyni zamanda Rusiyanın təxribat-kəşfiyyat qrupunun Ukrayna Silahlı Qüvvələrinin arxasına keçməsi xəbərdarlığı edilib. Rus qoşunları əsas səylərini işğal olunmuş ərazilərin saxlanmasına və Ukrayna Silahlı Qüvvələrinin hücum hərəkətlərinin dayandırılmasına yönəldib. (teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ