"Belə həyasızlıq ancaq iransifətlərdə olar" – Deputatdan sərt sözlər


"Bu videonu diqqətlə izləyin. Belə həyasızlıq ancaq iransifətlərdə olar. Sözü beləcə təhrif edirlər. Quran ayəsini də beləcə təhrif edib Peyğəmbərə, onun ailəsinə böhtan atmışdılar. Bunlar hamısı ağanın və dığanın müştərək nökərləridir".

Turkustan.az xəbər verir ki, bu fikirləri sosial şəbəkədə millət vəkili Fazil Mustafa paylaşıb.

O, "Kişi ağlayar, ancaq kişi iranlı kimi ağlamaz" fikirlərinin Hacı Surxay tərəfindən təhrif olunduğunu deyib.

"Bəli, nə müsəlman, nə də azərbaycanlı kişisi başına döyüb, sinəsinə döyüb yasda ağlamayıb. Bunu bizə iranlılar gətiriblər, həm də din adı ilə.

Bizim çıxışda da ancaq bu davranışdan söhbət gedir. Bu çıxışı qəsdən qayçılayıb "kişi ağlamaz" sözünü dövriyyəyə soxurlar. Ona görə də deyirik ki, kişi iranlı kimi, Surxay kimi və başqaları kimi ağlamaz, ən ağır şərtlərdə belə təmkinlə göz yaşı axıdar, başqasına nümayiş etdirməyə çalışmaz.

Şəhidlərimzin tədbirlərini Qumdan aldığı təlimatlarla ideoloji təbliğat yerinə çevirməz. Baxın, məscidlərimiz bu ağa-dığa nökərlərinin əlində qonşu ölkənin ideoloji istismar yerinə çevrilib, xurafatı, mövhumatı bu cür yaramazların ağzı ilə məmləkətimizə yayırlar.

Ona görə də bütün ləyaqətli, vətənsevər Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar. Baxın, bircə cümlə belə bu satqınlar İranın ermənilərə verdiyi dəstəkdən danışmazlar, sərhədimizə qoşun yığan dövlətə iradlarını belə bildirməzlər.

Vətənin dar günündə bunlar ölkəmizə qarşı ağalarından və dığalarından aldıqları təlimatlarla çıxış edəcək qüvvələrdir. Buna məscidlərimizdə xütbə söyləməyə imkan verənlər utansın, özümüz öz əlimizlə bu dövlətin düşmənlərinə tribuna verib, təbliğat imkanları yaradırıq".

(yenisabah.az)


MANŞET XƏBƏRLƏRİ