Millimiz Qazaxıstana böyük hesabla qalib gəldi - VİDEO


UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda Azərbaycan millisi Qazaxıstanla qarşılaşıb.

Turkustan.az xəbər verir ki, qrupdakı son oyunda millimiz böyükhesablı qələbəyə sevinib.

Qazaxıstanın qapısından üç cavabsız top keçirən yığmamız qrup mərhələsini 10 xalla və ikinci pillədə başa vurub.

Millimizin heyətində Filip Ozobiç və Anatoli Nuriyev fərqlənib, daha bir qolu isə Maroçkin öz qapısına vurub.

(oxu.az)


MANŞET XƏBƏRLƏRİ