Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı - FOTO


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölkədə ümumilikdə 820 823 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, hazırda 1 323 aktiv xəstə var. Bu günə qədər 9 903 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 484, bu günə qədər isə ümumilikdə 7 236 764 test icra olunub.


MANŞET XƏBƏRLƏRİ