Bu gün Məhəmməd peyğəmbərin doğum günüdür? - İlahiyyatçıdan açıqlama


Bu gün sosial şəbəkələrdə Səfər ayının 28-nin (sentyabrın 25-i) Məhəmməd peyğəmbər (s.ə.v)-nın doğum tarixi kimi qeyd olunması barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı-deputat Ceyhun Məmmədov bildirib ki, peyğəmbərin nə doğum, nə də vəfat tarixi dəqiq bəlli deyil:

"Peyğəmbərimizin anadanolma tarixiylə bağlı müxtəlif rəqəmlər deyilir. Bunlardan biri də səfər ayının 28-ci günüdür. Müxtəlif mənbələrdə fərqli tarixlər göstərilsə də, bunların heç biri dəqiq deyil. Peyğəmbərimizin anadan olduğu il məlumdur, amma hansı ay və neçənci gün olması bəlli deyil. Bunun da səbəbləri var. Çünki o dövrdə günlər, tarixlər dəqiq qeyd olunmurdu. Ona görə də biz bu gün fərqli tarixlərlə rastlaşırıq. Bu da təbiidir. Azərbaycanda da ötən əsrin əvvəlinə nəzər yetirəndə bəzi tarixlərin dəqiq aparılmadığının şahidi ola bilərik.

Sonrakı dövrdə isə Hicri tarix meydana gəldi. Bu tarix də müsəlmanların Məkkədən Mədinəyə hicrətiylə başladı. Bu baxımdan biz konkret heç bir tarixə dəqiq istinad edə bilmirik. Müxtəlif mənbələrdə göstərilən tarixlər bir-biriylə ziddiyyət təşkil edir. Ona görə də peyğəmbərimizin nə doğum, nə də ölüm vaxtı dəqiq məlum deyil. Əsas məsələ Məhəmməd peyğəmbərin (s.ə.v) gəlişi ilə İslam kimi möhtəşəm, gözəl bir dini gətirməsidi. Özündən sonra da belə bir gözəl dini bəşəriyyətə bəxş etdi. Bu gün. İslam dünyasında İslam dini geniş yayılmaqla yamaşı, dünyanın aparıcı dinlərindən biridir".


MANŞET XƏBƏRLƏRİ