İranla Azərbaycanın arasına girən Zəngəzur: Tehranın “qırmızı xəttinin” arxasındakı gizli səbəblər

İranla Azərbaycanın arasına girən Zəngəzur: Tehranın “qırmızı xəttinin” arxasındakı gizli səbəblər

Azərbaycan kökənli İran generalı Baqirini bağırdan nədir? 

İndi çoxlarının səmimi anlaya bilmədiyi və sorğuladığı budur: Doğrudanmı Zəngəzur və Ermənistan sərhədi İran üçün bu qədər mühümdür? Yəni məsələ o qədər ciddidir ki, İran ordusunun baş qərargah rəisi – yeri gəlmişkən, azərbaycanlı, özü də Təbrizdən – general Baqiri hərbi paradda birbaşa ad çəkərək Azərbaycana xəbərdarlıq edir? Xristian Ermənistan İslam Respublikası üçün bu qədər mühümdür ki, ona görə müsəlman Azərbaycanı müharibə ilə təhdid edir?

İran rəsmilərinin və medianın arqumenti budur ki, Azərbaycan Türkiyənin dəstəyi ilə Zəngəzur vilayətini ələ keçirmək və bununla da İranın 7-ci qonşusu ilə sərhədlərini aradan götürməyə hazırlaşır. Bu sərhəd isə İran üçün mühüm əhəmiyyət daşıyır, “min illik ticarət yoludur” və sair.

General Baqiri: İran və Türkiyə bölgədə sülhün təminatçısı ola bilər -  Sahar Azeri

İran mediası və qeyri-rəsmi mənbələr isə Ermənistanın İranın “qara bazara” çıxış kanallarından biri olması, həmçinin nüvə sənayesi üçün bəzi mühüm məhsulları Ermənistan vasitəsilə əldə etməsi kimi Ermənistan-İran sərhədinin əhəmiyyətini göstərən “faktlar” sadalayır. Lakin bu “arqumentlər” nə qədər əsaslıdır?

Ermənistan İranla quru sərhədlərə malik 7 dövlətdən biri, eyni zamanda ən az əhəmiyyəti olan ölkədir. Ermənistan vasitəsilə İran üçün yeganə əlçatan sərhəd ölkə Gürcüstandır. Üstəlik, Ermənistanın dənizlərə çıxışı yoxdur, nəqliyyat infrastrukturu əlverişli deyil, iqtisadi baxımdan böyük bazar hesab oluna bilməz, kasıb və kiçik ölkədir. Müqayisə üçün İranın digər 6 qonşusu, Azərbaycan, Türkmənistan, Əfqanıstan, Pakistan, İraq və Türkiyədir. Bu ölkələrin hər biri iqtisadi, siyasi, ticarət və digər parametrlərinə görə, Ermənistandan qat-qat vacib və əhəmiyyətli ölkədir.

Zəngəzuru tanıyaq və tanıdaq!

Nəhayət, Azərbaycanın Zəngəzur vilayətini tamamilə ilhaq edib İranı Ermənistanla sərhəddən büsbütün məhrum etmək kimi bir planı və iddiası yoxdur. Üstəlik, əgər belə bir plan olsa normalda Ermənistan üçün daha çox narahat olmalı olan ölkələr Rusiya (KTMT üzvü və müttəfiq ölkə kimi), ABŞ, Fransa və digər Avropa dövlətləri olmalıydı, müsəlman İran deyil. Əgər müsəlman İran xristian Ermənistanın ərazisinin bir qisminin başqa bir müsəlman ölkəsi tərəfindən işğalı ehtimalına (əgər bunu belə fərz etməli olsaq) bu dərəcədə narahat olursa, demək bunun arxasında daha mühüm səbəblər var. Hansılar ki, İran onları açıq şəkildə dilə gətirə bilmir.

Bəs Tehranı həddən artıq narahat edən, amma açıq şəkildə dilə gətirə bilmədiyi səbəb(lər) nədir? Nə üçün İslam Respublikası rəhbərliyi Zəngəzur məsələsinə bu qədər həssas, qəzəbli reaksiya göstərir?

Çünki yuxarıda da qeyd edildiyi kimi, Zəngəzurun Azərbaycan tərəfindən tamamilə ilhaqı və İran-Ermənistan sərhədinin ləğv olunması real ehtimal deyil. Amma fərz edək ki, bu baş verdi, o zaman İranın buna görə Azərbaycana müharibə elan etməsi nonsensdir. Müsəlman ölkəsi, özünü müsəlmanların himayədarı hesab edən dövlət xristian Ermənistanın torpağını ələ keçirdiyi üçün başqa bir müsəlman ölkəsinə müharibə elan edir.

Bu, çox aşağı bir ehtimaldır, amma əgər İranın ən yuxarı rəhbərliyi Zəngəzur məsələsinə bu qədər həssaslıq göstərirsə, deməli ortada çox ciddi və belə görünür ki, açıqlanmayan mətləblər var. Zəngəzur sadəcə ifadə olunan detaldır.

İran Zəngəzur dəhlizinin açılmasını niyə istəmir? - ANALİZ » Ovqat.com

Son iki ildə İran rəsmilərinin Ermənistanla sərhəd mövzusunda açıqladığı bəyanatlar və Azərbaycandan verilən cavab reaksiyalardan belə aydın olur ki, gerçək səbəblər açıqlanmır və ya hər iki tərəf bunu açıqlamağa maraqlı deyil.

Əlbəttə, İran Qafqaza ikinci “giriş qapısı” olan Ermənistanla birbaşa sərhədini itirmək və bununla da Cənubi Qafqazla bağlarını zəiflətmək istəmir, Cənubi Qafqazla bağlarını qoruyub saxlamaq baxımından Ermənistanla birbaşa sərhədlərin qalması Tehran üçün vacibdir. Amma hazırda söhbət bu sərhədlərin itməsindən getmədiyi üçün narahatlığın real səbəbi bu deyildir.

İranı əslində narahat edən Zəngəzur deyil, eyni adlı dəhlizin açılması, daha dəqiqi, bu dəhlizin İran üçün iqtisadi və siyasi zərərləridir. Zəngəzur dəhlizinin İran üçün iqtisadi zərəri budur ki, Tehran Böyük İpək Yolu nəqliyyat dəhlizindəki əhəmiyyətli keçid mövqeyini Azərbaycanla, yəni Zəngəzur dəhlizi ilə bölüşməli olacaq.

“Kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağı Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcək”.

Ceyhun Bayramov: “Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına töhfəsi  ilə tanınır”

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu sözləri BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik nazirlər iclasında deyib.

Nazirin də ifadə etdiyi kimi, Zəngəzur dəhlizi Xəzər dənizi üzərindən Avropaya ən qısa və təhlükəsiz marşrut olacaq. Bu isə İpək Yolunun əsas keçid ölkəsi İran üçün təhlükədir. Yəni bu o deməkdir ki, hər il Avropadan İran ərazisindən keçməklə Çinə və Mərkəzi Asiyaya, eləcə də geriyə gedən minlərlə yük maşını istiqamətini dəyişəcək. Məsələn, Türkiyədən hər il İran vasitəsilə Mərkəzi Asiyaya gedən 18 mindən çox yük TİR-ləri daha ucuz və qısa olan Zəngəzur dəhlizinə yönələcək. Azərbaycan İpək Yolunun əsas keçid ölkələrindən birinə çevriləcək və bu zaman İran tranzit gəlirlərin mühüm bir hissəsindən məhrum olacaq, tranzit ölkə kimi əhəmiyyəti azalacaq.

Müsahibə üçün Ümumi Məlumat (Beynəlxalq təşkilatlar,Azərbaycan haqqında) -  www.YUSIF.az

İkinci mühüm səbəb siyasi-strateji maraqlardır. Zəngəzur dəhlizi təkcə iqtisadi, logistik deyil, həm də siyasi əhəmiyyətə malikdir. Türkiyə üzərindən Qafqaz və Mərkəzi Asiyanı birləşdirən yeni bir blok formalaşır. Bu blokda Azərbaycan, Türkiyə və Orta Asiya respublikaları birləşəcək. Faktiki olaraq bu zaman şimal və cənub arasında yeni bir sədd yaranacaq, nəhayət, İran Cənubi Qafqaza təsirini əhəmiyyətli dərəcədə itirəcək.

Bu səbəbdən də hətta Rusiyanın soyuqqanlı yanaşdığı Zəngəzur mövzusunda İran sərt, emosional bəyanatlar verir, təhdid tonundan istifadə edir. Lakin bütün bunlar vəziyyəti köklü şəkildə dəyişəcəkmi? Əlbəttə, xeyr. Necə deyərlər, proses başlayıb və hədə, yaxud təhdidlərin bu gedişata ciddi təsir etməsi mümkün deyil. Bu mənada güman ki, bu prosesin sonu danışıqlar masasında, qarşılıqlı maraqların təmin olunası razılaşması ilə bitəcək. Amma görünür ki, bu, hələlik baş vermir.

Musavat.com


MANŞET XƏBƏRLƏRİ