Erməni təxribatına "Cəngi" ilə cavab - VİDEO


İsveçdə yaşayan bir qrup radikal erməni Azərbaycanın bu ölkədəki səfirliyi qarşısında Ermənistanın hərbi təxribatlarına dəstək aksiyası keçirməyə çalışıb. Lakin ermənilər dahi bəstəkar Üzeyir Hacıbəyovun musiqisi ilə qarşılanıblar.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycanın Norveçdəki səfiri Zaur Əhmədov tviter hesabında paylaşım edib.

Azərbaycan əleyhinə təxribatçı çıxışlar edən radikalların səsləri "Cəngi" musiqisi ilə batırılıb. Beləliklə, aksiya uğursuz başa çatıb.


MANŞET XƏBƏRLƏRİ