"Cənubi Qafqazda daimi sülh və sabitlik üçün Azərbaycanın təklif etdiyi sülh müqaviləsi ən qısa zamanda imzalanmalıdır. Biz bu prosesi dəstəkləyirik"
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Los Anceles şəhərində türk icması ilə görüşündə deyib.
"Ermənistanın regionda sülhə və əməkdaşlığa ehtiyacı var", - deyən nazir bildirib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edib, lakin Ermənistan üzərindəki təzyiqlər səbəbindən hələ də cəsarətli addımlar ata bilməyib.
Türkiyə XİN rəhbəri Ermənistan hakimiyyətini bölgədə yaranmış fürsəti yaxşı qiymətləndirməyə çağırıb. (modern.az)